“Dinamo”da (Berlin) yeni baş məşqçi təyinatı baş tutub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə almaniyalı mütəxəssis Dennis Kutrib başçılıq edəcək.

Maraq üçün bildirək ki, millimizin sabiq üzvü Rüfət Dadaşov hazırda bu klubda çıxış edir. 

Xatırladaq ki, avstriyalı Andreas Herafın gedişindən sonra müvəqqəti baş məşqçi funksiyasını Nils Vayler yerinə yetirirdi.