Azərbaycan millisi Millətlər Liqasının II turunda Slovakiya yığmasına 0:2 hesabla uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Fernandu Santuş matçı şərh edib:

"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik".

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 11-də, Tallində Estoniya yığmasına qarşı keçirəcək.