Simon Kjaer milli komanda ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, danimarkalı müdafiəçi bu qərarını şəxsi "İnstaqram" hesabında izləyiciləri ilə bölüşüb.

Hazırda heç bir klubla müqaviləsi olmayan 35 yaşlı futbolçu, ən son "Milan"da çıxış edib.

Kjaer 2009-cu ildən etibarən Danimarka yığmasının üzvü olub.