Polşa çempionatında 4-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Radomyak" "Qornik"i qəbul edib. 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil Məmmədov bu oyunun 79-cu dəqiqəsində meydana çıxıb.

"Radomyak" hazırda 3 xalla 12-ci sıradadır.