Millimizin üzvü Coşqun Diniyev karyerasını Türkiyədə davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi "Bandırmaspor"a keçib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubla futbolçu arasında 1 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Coşqun Diniyev son olaraq "Ümraniyəspor"da çıxış edib.