Sərtan Taşkın karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, oyunçu ilə 2 klub yaxından maraqlanır. Müdafiəçinin meneceri "Sakaryaspor" və "Erzurumspor"la danışıqlar aparır.

Millimizin üzvü təklif alacağı təqdirdə, ölkəmizə də qayıda bilər. Lakin Sərtanın əsas istəyi Türkiyədə qalmaqdır.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm "Manisa"nın heyətində 15 matçda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə fərqlənə bilməyib.