"Bavariya"nın hücumçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, o, dəstək üçün hər zaman azarkeşlərə təşəkkür edib:
"Almaniya millisində ilk dəfə çıxış edəndə məni nələrin gözlədiyini təsəvvür edə bilməzdim. Böyük qələbələr və acı məğlubiyyətlər yaşadıq. Bəzən imtina etdim, amma hər zaman ayağa qalxdım. Dünyanın ən yaxşı oyunçuları ilə tanış oldum. Unudulmaz anlar yaşadım. Dünya kubokunu başım üzərinə qaldırdım. Hər zaman mənə göstərilən dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".
Müller 2010-cu ildə yığmada debüt edib. O, bu müddət ərzində 131 oyunda 45 dəfə fərqlənib.