Daha bir futbolçu “Sumqayıt”ı tərk edib.

Offsideplus.az xəbər verir ki, hücumçu Kamran Əliyev sözügedən klubdan ayrılaraq Rusiyaya qayıdıb.

O, bundan sonra “SKA-Xabarovsk”da çıxış edəcək. Daha öncə də bu klubun formasını geyinmiş 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Kamran Əliyev ötən ildən “Sumqayıt”ın formasını geyinirdi.