"Sabah"ın 15 yaşlı futbolçusu Xanım Əsədova bu gün Azərbaycan millisində debüt edib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu 80-ci dəqiqədə Firəngiz Teymurovanın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi üzrə Azərbaycan - Macarıstan oyunu 0:5 hesabla başa çatıb.