Almaniyada keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, mərhələnin ilk oyunu İspaniya və Fransa yığmaları arasında baş tutub.

Yarımfinal qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yarımfinalın digər oyununda Niderland və İngiltərə yığmaları qarşılaşacaqlar.

AÇ-2024
Yarımfinal
9 iyul

23:00. İspaniya – Fransa 2:1
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen. “Alyans Arena”.