"Real Madrid"in və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos doğma ölkəsinin problemlərini şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, komandanın  mətbuat xidmətinə açıqlama verib:

Mən hələ də Almaniyanın həqiqətən böyük ölkə olduğunu düşünürəm. Buranı çox bəyənirəm, amma məsələn, 10 il əvvəlki Almaniya deyil.

Tam olaraq nə dəyişdi? Hiss başqa cürdür. Hiss... Bunu necə deyə bilərəm ki, səhv başa düşülməsin? Məndən soruşsalar ki, qızımı axşam saat 23-də hara buraxacağam - İspaniyaya, yoxsa Almaniyanın hansısa şəhərinə, mən İspaniyanı seçərdim. Bir şeyin baş verdiyi hissi var. Mən demirəm ki, İspaniyada heç nə baş vermir”.