Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının seçmə mərhələsinin son iki turuna hazırlığı davam etdirir.
Offsideplus.az xəbər verir ki, komandamız Macarıstan və İsveçrə yığmaları ilə üz-üzə gələcək.
Millimiz iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.
Qeyd edək ki, millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.