Sertan Taşkın "Manisa"dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Azərbaycan millisinin üzvü ilə Premyer Liqa klubları yaxından maraqlanır. 

Qeyd edək ki, Sertan 2023/24 mövsümündə "Manisa"nın heyətində 15 matçda meydana çıxıb.