Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, millimizin üzvü ilə TFF I Liqada çıxış edən "Amedspor" yaxından maraqlanır. Diyabakır təmsilçisi hücum xəttini gücləndirmək üçün forvardla danışıqlara başlayıb. 

Redaksiyamıza daxil olan məlumata görə, Türkiyə klubu "Qrasshopper"lə razılıq əldə edib. 25 yaşlı hücumçu hansısa problem çıxmasa, yaxın günlərdə "Amedspor"la rəsmi müqavilə imzalaya bilər. 

Qeyd edək ki, Renat Dadaşov 2023/24 mövsümündə "Hatayspor"un heyətində 33 qarşılaşmada meydana çıxıb. Forvard bu görüşlərdə 6 dəfə fərqlənib.