Ötən gün Türkiyə AVRO-2024-ün qrup mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirilən matçda 2:1 qalib gələrək adını 1/8 finala yazdırdı.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vinçenzo Montella bəzi açıqlamalar verib:
"Avropa çempionatında pley-offa vəsiqə qazanan ən gənc komandayıq. Bu gün meydanda olan ilk 11-likdə yer alan yalnız 3 oyunçumuz əvvəllər Avropa çempionatında çıxış edib. Ümid edirəm ki, bu qrupdan vəsiqə qazanmağın uğuru bizi rahatlaşdıracaq. Bizi bu təzyiqdən bir az da azad edəcək. Mənim oyunçulardan daha çox təcrübəm var. Əslində öz ölkəsini sevməyənlər yaradırdı bu təzyiqi. Bu komanda son 10 ayda inanılmaz nəticələr əldə etdi, indi son 16-ya çıxdıq, çox gənc bir komandayıq. Bu 6 gündə bir az daha rahat və daha az emosional olacağımıza inanıram."