Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o deyib:

"Avro-2024-ün ilk matçında meydanda olmadıq. Oyunumuzu nümayiş etdirəndə yaxşı komandamız olur. Həqiqətən də ilk oyun kabus kimi idi. Onu unutmaq lazımdır. Bu gün hücuma keçmək, topun arxasınca qaçmaq və rəqibin cərimə meydançasında oynamaq əzmindəydik".