Bildiyiniz kimi, Mahir Emreli Macarıstanın Sombatxey şəhərində keçirilən Azərbaycan - Qazaxıstan (3:2) oyununda komandamızın ilk qolunun müəllifi olub.

Offsideplus.az xəbər verir ki, bu məqam millimizin üzvünün komandasının diqqətindən qaçmayıb. "Dinamo" (Zaqreb) rəsmi səhifə vasitəsilə forvardı təbrik edib. Lakin paylaşımda futbolçunun soyadı bilərəkdən, ya da yanlışlıqla səhv qeyd edilib:

"Bizim Mahir Qazaxıstana qarşı oyunda geridönüş edən Azərbaycan millisinin ilk qolunu vurdu. Bravo, Emre!"