Belçika millisinin hücumçusu Romelu Lukaku millinin heyətində vurduğu qollara görə dünyanın bombardiri siyahısında 6-cı pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, forvard yoldaşlıq görüşündə (3:0) Lüksemburqla qarşılaşmada dubla imza atıb. İndi o, millidə 85 qola sahibdir və bu göstəriciyə görə o, əfsanəvi macar hücumçusu Ferens Puşkaşı 1 qol qabaqlayır.