Bu gün Azərbaycan millisi yoldaşlıq görüşündə Albaniya ilə qarşılaşacaq.
Oyunla bağlı fikirlərini öyrənmək üçün Rahid Əmirquliyevə müraciət etdik. Yığmamızın sabiq üzvü Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Millini Albaniya ilə ağır oyun gözləyir. Rəqibimiz çox yaxşı çıxış edir. Avropa Çempionatına vəsiqə qazanıb. Onlar əla formadadılar və bizim üçün çətin oyun alınacaq. Baxmayaraq ki, yoldaşlıq oyunudur, amma, Albaniya matça çox ciddi yanaşacaq. AÇ-2024 öncəsi bu onların hazırlıq oyunudur. Hər bir halda oyunçularımıza uğurlar arzu edirəm”.