Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq.

B Liqasının İ qrupunun IV turunun matçı “Dalğa Arena”da baş tutacaq. Siyasət Əsgərovun yetirmələri dörd gün əvvəl aldığı məğlubiyyətin revanşı üçün meydana çıxacaq.

Qeyd edək ki, qrupun digər görüşündə Macarıstan İsveçrəni qəbul edəcək.

AVRO-2025-in seçmə mərhələsi
B liqası, İ qrupu
4 iyun
19:00. Azərbaycan - Türkiyə
Baş hakim: 
Nanna Löf Andersen (Danimarka)
Bakı. “Dalğa Arena”