AVRO-2024 öncəsi yoldaşlıq oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, millimizlə qarşılaşacaq Albaniya Lixtenşteynlə qüvvəsini sınayıb.

Macarıstanın Sombatxey şəhərində Haladas SportKomplexum" stadionunda keçirilən qarşılaşmada albanlar 3:0 hesabı ilə qalib gəliblər. Albaniya millisinin heyətində Broja, Asani və Muçi fərqlənib.

Almaniya və Ukrayna oyununda qapılara qol vurulmayıb. İngiltərə isə Bosniya və Herseqovina komandasının qapısından 3 cavabsız top keçirib.

Yoldaşlıq oyunları
3 iyun

Şotlandiya – Cəbəllütariq – 2:0
Xorvatiya – Şimali Makedoniya – 3:0
Albaniya – Lixtenşteyn – 3:0
İngiltərə – Bosniya və Herseqovina – 3:0
Almaniya – Ukrayna – 0:0

Qeyd edək ki, Azərbaycan – Albaniya matçı iyunun 7-də Sombatxeydə baş tutacaq.