“Ümumi müzakirələr getdi. Ətraflı məlumat veriləcək. Hər dəfə qarşıdakı lazım olan işlər barədə müzakirələr gedir”.
Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan 52 yaşlı mütəxəssis bugünkü iclasdan sonra jurnalistlərə açıqlama verib: “Çünki yeni iş kollektividir. Yeniliklər axtarılır. Qəti qərar olmadığından fikir bildirmək olmur. Bir neçə iclasdan sonra ümumi məlumat veriləcək ki, futbolun inkişafı, yaxşılığa doğru dəyişməsi üçün nə işlər görüləcək”.
Qurbanov bildirib ki, AFFA “Qəbələ”yə hər cür kömək edəcək: “Qəbələ”yə köməklik olunacaq. Maliyyə tərəfləri açıqlanacaq. Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qoruyub saxlanılsın”.
Mütəxəssis bildirib ki, Azərbaycan millisinin baş məşqçi təyinatı yaxın gülərdə gerçəkləşəcək: “Müzakirələr oldu. Yəqin yaxın günlərdə qərar veriləcək”.