Azərbaycan yığmasının da iştirak edəcəyi “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, milli komandamızdan başqa turnirdə Syerra-Leone, Oman və Sent Lusiya da iştirak edəcək.

İlk oyunlar martın 27-də olacaq. Final və 3-cü yer uğrunda görüş isə 3 gün sonra baş tutacaq.

Təqvim belədir:

27 mart

15:00. Oman - Syerra-Leone

“Dalğa Arena”

19:00. Azərbaycan - Sent Lusiya

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)

“Dalğa Arena”

19:00. Final (qaliblər)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu