Portuqaliyalı çalışdırıcı Joze Mourinyo Portuqaliya milli komandasının baş məşqçisi təyin olunmağa əsas namizəddir.
Offsideplus.az xəbər verir ki, “Xüsusi biri” kimi tanınan Mourinyunun turnirdən sonra millinin sükanını ələ alması gözlənilir.
Əgər bu təyinat reallaşsa, o, işinə 2026 FIFA Dünya Çempionatından sonra başlayacaq.


