Özbəkistanda hazırlıq prosesini davam etdirən 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti sınaq matçına çıxıb.
Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, Daşkənd şəhərində təşkil olunan qarşılaşmada komandamız Özbəkistanın müvafiq yaş qrupu üzrə yığması ilə üz-üzə gəlib.
Bu dəfəki görüş meydan sahiblərinin üstünlüyü ilə keçib və rəqib komanda 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu iki kollektiv arasında baş tutan ilk yoxlama oyununda futbolçularımız 3:2 hesablı qələbəyə sevinmişdilər.


