Mərakeş Kral Futbol Federasiyası (FRMF) ispan futbolunun əfsanəsi Andres İnyesta ilə əməkdaşlıq imkanlarını müzakirə edir.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar irəliləmiş mərhələdədir və İnyestanın Mərakeş futbolunun milli idman layihəsinə cəlb olunması nəzərdən keçirilir. İspaniyalı sabiq yarımmüdafiəçinin Afrika Millətlər Kubokunun finalını izləmək üçün Rabatda olması da diqqət çəkib.

Razılıq əldə olunacağı təqdirdə, Andres İnyesta 2026 Dünya Kuboku öncəsi Mərakeş millisinin — “Atlas Şirləri”nin texniki heyətinə qoşulacaq.

Qeyd edək ki, bu addım Mərakeş futbolunun beynəlxalq təcrübəyə əsaslanan inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.