Norveç millisinin oyunçularının verdiyi testin nəticəsində Omar Əbdülünün koronavirusa yoluxduğu aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, Norveçin Səhiyyə nazirliyi bütün yığma üzvlərinin dərhal karantinə alınmasını tələb edib.

Həmçinin karantinə alınan futbolçuların içində "Real"ın futbolçusu Martin Odeqart və "Borussiya"nın gənc ulduzu Erlinq Braunt Haland da var