Fransa yığmasının forvardı Kilian Mbappe milliyə lazım olan məqamda xoşagəlməz məkana getməklə ictimaiyyətin diqqət mərkəzi düşüb.

Offisedplus.az "RMC Sport" a istinadən xəbər verir ki, Mbappe Fransa yığmasının UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində İsrail yığması ilə oyunu (3:0) zamanı İsveçin paytaxtı Stokholmun gecə klublarından birində vaxt keçirib.

Qeyd edək ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 yaşlı hücumçunun zədədən sağalma prosesindən keçdiyi üçün "xoruzlar"ın düşərgəsinə çağırılmadığını bildirmişdir.