Sabiq futbolçu Ceremi Njitap 16 illik evliliyini bitirib.
Offsideplus.az xəbər verir ki, buna səbəb məşhur oyunçunun evliliyindən olan uşaqlarının heç birinin bioloji atası olmamasıdır. 16 il sonra ortaya çıxan bu həqiqətdən sonra Ceremi həyat yoldaşını boşanmaq üçün məhkəməyə verib.
Qeyd edək ki, sabiq müdafiəçi karyerası ərzində "Gençlerbirliği" (1997-1999), "Real Madrid" (1999-2003), "Çelsi" (2003-2007), "Nyukasl" (2007-2009) klublarının formasını geyinib.