Dünyaca məşhur kolumbiyalı müğənni Şakiranın keçmiş futbolçu Jerar Pikedən ayrılması ilə bağlı yeni detallar məlum olub.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, Pike sevgilisi ilə öz evində də görüşüb. Məlumata görə, həmin ev Pikenin Şakira və uşaqları ilə birlikdə qaldığı ev olub. Məlum olub ki, Pike 2021-ci ildə sosial mediada canlı yayım edərkən hazırda birlikdə olduğu sevgilisi Klara Cia Marti də evdə olub. Klara canlı yayım zamanı arxa planda kameraya düşübmüş. Həmin vaxtda Şakira uşaqları ilə gəzintidə olub.
Şakira Pikenin xəyanət etdiyinə bu görüntülərin ortaya çıxmasından sonra əmin olub.