Boks tarixinin ən məşhur simalarından olan Mayk Tayson karyerası ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, keçdiyimiz günlərdə podkast verilişinə qatılan 56 yaşlı sabiq boksçu 500 milyon dollar sərvətini tükətdiyini açıqlayıb.
"Boks karyeram boyunca qazandığım 500 milyon dolların son 1 milyonunu xəstəxanaya xərclədim. Heç nəyim qalmayıb. 500 milyon dollar çox pul kimi görünür, amma hamısı qurtardı. Uşaqlarıma heç bir miras buraxmayacam. Pul onlara kömək etməz, əksinə zərər verərdi. Çünki onlara öz başlarının çarəsinə baxmağı, çətinliklərlə savaşmağı və çalışmağı öyrədə bilməyəcəkdi".