Rusiyalı sabiq tennisçi Mariya Şarapova 2020-ci ilin dekabrında nişanlanıb.
Offsideplus.az xəbər verir ki, biznesmen sevgilisi Aleksandr Gilkslə nişanlanan Şarapovanın üzüyünün qiyməti məlum olub. Belə ki, 5 karatlıq üzük 400 000 dollar dəyərindədir. Qızıl üzüyü Gilks uzun müddət öncə sifariş edib və özəl olaraq rusiyalı tennisçi üçün hazırlanıb.
Qeyd edək ki, ötən il tennis karyerasına son verən Mariya Şarapova Aleksandr Gilkslə nişanlandığını bu sözlərlə açıqlamışdı:
"Tanışdığımız ilk gündən bəri "hə" dedim. Bu bizim balaca sirrimiz deyilmi, Gilks?"