Amerikalı peşəkar boksçu Mayk Tayson məşhur qanqster Krey əkiz qardaşlarından biri ilə yazışıb.
Offsideplus.az xəbər verir ki, 54 yaşlı karyerasını bitirmiş boksçu özü bu barədə danışıb. 1992-ci ildə təcavüz səbəbindən həbsxanada 3 il keçirəndə Ronaldın qardaşı Recinaldla (Recci) məktublaşan Tayson ilk onun yazdığını bildirib:
"Həbsxanada olarkən Recci ilə məktublaşardıq. İlk o mənə yazdı. Mənə ailəsi haqqında danışdı, mən isə niyə həbsxanaya düşdüyümdən, orda olarkən keçirdiyim hisslərdən və çıxandan sonra nə edəcəyim barədə yazırdım".
Qeyd edək ki, təcavüz səbəbindən 6 illik həbs cəzasının 3 ilini çəkib.