Mariya Şarapova - məşhur tennisçi, cəlbedici xanım, ağıllı qadın.
Elə buna görədir ki, rusiyalı idmançı karyerası boyunca müxtəlif sahələrdə məşhur olan əks-cinsin nümayəndələrindən sevgi təklifi alıb. Mətbuata sızanlar qurduğu münasibətlərin bir hissəsidir. İctimaiyyətə məlum olmayan ilişkiləri də olub.
Bundan sonra mətbuatı Şarapovanın şəxsi həyatı iəvvəlki qədər maraqlandırmayacaq. Məşhur xanım ingiltərəli Aleksandr Qilksla nişanlandığını rəsmən bəyan edib. Cütlük 2 ildir birlikdə olsa da, bəy brilliant üzüyü bu ilin yanvarında xanımın barmağına taxıb. Halbuki Mariya buna qədər bir neçə şəxslə ailə qurmağa yaxın olub. Hər dəfə hansısa səbəblər rəsmiyəti əngəlləyib.
Offsideplus.az Mariya Şarapovanın indiyə qədər yaşadığı sevgi romanlarının bir qismini təqdim edir.
Xuan Karlos Ferrero
Qadın tennisçi o vaxt üçün dillər əzbəri olan ilk münasibətini 16 yaşında - beynəlxalq kortlarda təzə-təzə addımlamağa başladığı vaxtlarda yaşayıb. Həmkarı, xarizmatik ispan, 23 yaşlı Ferrero ilə. Şarapova mətbuata açıqlamasında Xuan Karlosla 2004-cü ildə tanış olduğunu və ilk baxışdan ona vurulduğunu mətbuata açıqlamasında etiraf edib. Halbuki həmin vaxt ispan tennnisçinin sevgilisi vardı və sonradan cütlük ailə həyatı qurdu. Rusiyalı məşhur xanım isə gələcəyə boylanmağa məcbur idi.
Endi Roddik
Öz dövrünün daha bir tanınmış tennisçisi. 18 yaşlı Şarapova Rocer Federerlə tandem təşkil edən Roddiklə tanışlığa "yox" eyə bilməzdi. Münasibət qururlar, danışırlar, lakin mətbuatdan gizli saxlamağı bacarırlar. Sevgi romanı qısa müddəti əhati edir, heç 1 il keçmədən "sağollaşırlar".
Adam Levin
Həmkarlarından uzun müddətli münasibət görməyən tennisçi "valı dəyişmək" məcburiyyətində qalır. Bu dəfə musiqi sahəsində tanınan məşhurun təklifini qəbul edir. "Maroon 5" rok qrupunun solisti Şarapovadan 8 yaş böyük olsa da, birgə addımlamağı qərara alırlar. Lakin 2005-ci ildə başlayan sevgi elə həmin il başa çatır. Sonradan Levin mətbuata verdiyi açıqlamada ayrılığın səbəbini Mariyanın yataqda "ölü qurbağa" olması ilə əsaslandırır. Bu açıqlamadan sonra aləm bir-birinə dəyir, Adam fikrinin yanlış anlaşıldığını söyləyir və yekunda keçmiş sevgilisindən üzr istəyir.
Çarli Ebersol
2008-ci il. Mariya 21 yaşına çatmış, sevgi münasibətlərinə başı dəfələrlə “daşa dəymişdi”. NBC telekanalının prodüseri, tanınmış milyarder Dik Ebersolun oğlu olan Çarli tennisçi xanımla tanış olmaq istəyir və buna nail olur. Şarapovanın ailəsi bu münasibətə isti yanaşır, övladlarının milyarderin oğluna ərə gedəcəyini düşünürdülər.
Çarli “Maşa”nı basketbolçu Saşa Vuyaçiçlə tanış edir və bununla da tennisçi milyarderin oğlunu unudur. Şarapovanı Vuyaçiçlə yeni eşq macərası gözləyir.
Saşa Vuyaçiç
Kənar sahələrin tanınınmışları ilə münasibətlər də lazımi effekti verməyincə, Mariya yenidən idmana qayıdır və xoşbəxtliyini Saşa ilə görüşlərdə axtarır. Tanışlıqlarından təxminən 2 il sonra Vuyaçiç sevgi etirafında bulunur. Hamı onlardan danışır, onlar da hamıya gələcək ailə və övladlarından bəhs edirdilər. Kənardan hər şey mükəmməl görünürdü.
2011-ci ildə münasibətə başlayan cütlük 1 il sonra ayrılır. Səbəb kimi birinin digərinin məşhurluğunu həzm edə bilməməsi göstərilir.
Qriqor Dimitrov
Yenə idmançı, yenə tennisçi. “Maşa” artıq adamları tanıyır və hər yoldan keçənə inanmır. Və belə bir vəziyyətdə az qala hər yubkalı qadını gözlərinin “rentgenindən” keçirən Dimitrova könül verməsi hər kəsi təəccübləndirir.
2012-ci ildə bir-birinə “hə” deyən Dimitrovla Şarapova qalmaqallarla gündəmə gəlsələr, tez-tez küsüb barışsalar da, ayrılmırlar. Arzular bu dəfə də “suya” düşür və 2015-ci ildə münasibətə nöqtə qoyulur.