"Mançester Siti"nin oyunçusu Aleksandr Zinçenkonun sevgilisi məğlubiyyətlərinin səbəbi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Aleksandr Zinçenkonun müxbir sevgilisi Vlada Sedan "Mançester Siti"nin Çempionlar Liqası ¼ final matçında məğlubiyyətinə görə Pep Qvardiolanı günahlandırıb.

"Youtube" kanalında açıqlamalar verən Sedan "Bəlkə də bunu deməyə haqqım yoxdur, bəlkə də Zinçenko mənə qadağa qoyacaq. Amma nəzakətlə desək, bu tamamilə Qvardiolanın səhvidir. Belə kritik vəziyyətdə, "Mançester Siti" üçün eksperimental bir taktikadan istifadə etməq xəyal qırıqlığı idi. Tənqid etməyə haqqım yoxdur, amma niyə üç müdafiə oyunçusuna üstünlük verildi?", - deyə bildirib.

Sedan "Mançester Siti"nin ehtiyat oyunçuları da daxil olmaqla ən yaxşı heyətlərdən birinə sahib olduğunu da qeyd edib.

Ukraynalı oyunçu Zinçenko matçdan sonra verdiyi açıqlamada Qvardiolanın "Lion"a qarşı məğlubiyyətdən sonra soyunma otağına gəlmədiyini demişdi.

"Qvardiola soyunma otağına gəlmədi, matçdan sonra tək bir kəlimə belə kəsmədi. Hər şey ortada olarkən deyəcək bir şey qalmır".