"Mançester Siti" klubunun belçikalı ulduzu Kevin De Brüynenin xanımı Mişel Lasroks həyat yoldaşı barədə maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, o, futbolçunun özünə qarşı diqqətindən danışıb:
""Bəzən nahar zamanı ona "əzizim, yanındakı salatı mənə ötürə bilərsənmi?" sualını verməyə hazırlaşıram, amma hələ sözümü tam deməmiş salat artıq boşqabımda olur. O, bəzən başqa həyat yoldaşlarının görmədiyi şeyləri görür".