"Yuventus"un portuqaliyalı ulduzu Kristiano Ronaldonun sevgilisi Corcina Rodriges etiraf edib ki, karantin dövründə futbolçu ilə məşq etməkdən diskomfort hissi keçirib.
Offsideplus.az xəbər verir ki, Corcina indi onunla məşq etməyi çox sevdiyini deyib:
“Əvvəlcə onunla məşq etməkdən utanırdım. Təsəvvür edin ki, onun yanında məşq etməli olursan. Kristiano oyunlarda olduğundan, evdə həmişə tək məşq etmişəm. Lakin bir müddət sonra bu hiss keçdi. İndi Ronaldo ilə bunu etməkdən zövq alıram. O, mənə motivasiya verdi, özümə güvənimi artırdı”
Məşhur model onu da bildirib ki, Kristiano peşəkar idmançıdır və bu səbəbdən, onların fiziki bacarıqlarını, məşq səviyyəsini müqayisə etmək doğru deyil.