Türkiyənin "Kanal D" televiziyasında yayımlanan "Zalim İstanbul" serialında Ceren obrazını canlandıran məşhur aktrisa Bahar Şahin futbol haqda danışıb.
Offsideplus.az xəbər verir ki, gənc aktrisa "Qalatasaray" klubunun qatı azarkeşi olduğunu deyib.
Bahar Şahin onda bu sevgini Arda Turanın yaratdığını bildirib. Belə ki, aktrisa ona aşiq olduğunu da dilə gətirib:
"Qatı "Qalatasaray" azarkeşiyəm. Məndə bu sevgini Arda Turan yaradıb. Ona aşiq olmuşdum".