Bellator liqasının məşhur siması İlima-Ley Makfarleynə təcavüz edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə 30 yaşlı idmançı özü məlumat verib. Makfarleyn bildirib ki, onu basketbol məşqçisi olan Dueyn Ueyn adlı şəxs zorlayıb:

 "O bütün imkanlara sahib idi. Hamı Ueyndən çəkinirdi. Mən isə uşaq idim. Bizə seksual xarakterli şəkillər göndərir, ona toxunmağımı tələb edir, əvəzində pul verəcəyini deyirdi. Əminəm ki,məktəbdə bilirdilər, amma dəhşətin davam etməsinə göz yumurdular. Mənim 12, bacımın 14 yaşı olanda məktəbin basketbol məşqçisi Dueyn Ueynin seksual təcavüzünə məruz qalmışıq".

Qeyd edək ki, idmançı həmin şəxs barəsində məhkəmədə ifadə verəcək.