"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqez, portuqal futbolçunu hər il 19 Martda İspaniyada qeyd olunan "Atalar Günü" münasibətilə təbrik edib.

Offsideplus.az xəbər verir ki,  Corcina 4 uşaq atası olan ulduz futbolçunu "İnstagram" hesabında ailəvi fotolarını paylaşaraq təbrik edib: 

“Güc və cəsarətin sayəsində sən həmişə bizim qəhrəman olacaqsan. Bizi gecə-gündüz qoruyan bir qəyyum mələyisən və sevinc anlarımızda bizim üçün xüsusi bir dostsan. Sən bizə böyük məhəbbət bəxş edirsən, böyük dəstək verirsən və həmişə bizim üçün ən vacib və ən yaxşı insan olacaqsan. Səni sevirik, ata və təbrik edirik”.