Fransa millisi UEFA Millətlər Liqasında ilk 2 turda İtaliya millisinə məğlub olub (0:1), Belçikaya isə 2:0 hesabla qalib gəlib.
Offsideplus.az xəbər verir ki, fransızların kapitanı Kilian Mbappe ilk oyundan sonra milli komandanı tənqid edib. Tənqidin əsas hədəfi Didye Deşam və məşqçi heyəti olub. Belə ki, ulduz forvard taktiki hazırlıqdan razı qalmayıb.
Qeyd edək ki, Fransa növbəti qarşılaşmasında oktyabrın 10-da İsrail millisi ilə üz-üzə gələcək.