PSJ Çempionlar Liqasından uzaqlaşdırılma təhlükəsi ilə üzləşə bilər.

Offsideplus.az xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe PSJ-yə qarşı UEFA-ya rəsmi şikayət göndərib.

Fransalı ulduz futbolçu keçmiş klubu PSJ-dən məvacibi və əlavə bonuslarla birlikdə 55 milyon avro tələb edir.Mbappenin iddiası təmin olunarsa, PSJ Çempionlar Liqasında iştirak hüququnu itirə bilər.

Mbappe 2017-2024-cü illərdə PSJ-də çıxış edib.