"Konyaspor"un kamerunlu hücumçusu Samuel Eto`O PSJ-də çıxış edən Kilian Mbappenin perspektivindən danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard onu "Barselona"nın hücumçusu Lionel Messi ilə müqayisə edib. Eto`O Mbappenin gələcəkdə argentinalı ulduzun səviyyəsinə çata biləcəyini istisna etməyib:
Eto`O Mbappenin Messidən nümunə götürməli olduğunu söyləyib: "Ümid edirəm ki, nə vaxtsa onunla söhbət edəcəm. Kilian Messidən nümunə götürməlidir. Çünki Leo dahi futbolçudur. Mən onun "Barselona"da necə böyüdüyünü gördüm. Hələ də əvvəlki kimi çox sadə və gözəl oynayır. Unikal futbolçudur. Messini 2004-cü ildə ilk dəfə tanıdığım oğlan kimi xatırlayıram. Ətrafına hər zaman hörmətlə yanaşır. Onun yerində başqası olsaydı, bu qədər şan-şöhrət çoxdan ağlını başından almışdı".
Qeyd edək ki, 2004-2009-cu illərdə "Barselona"nın formasını geyinib.(Qol.az)