"Real Madrid" Arda Gülerdən sonra daha bir türkiyəli gənc istedadı transfer gündəminə alıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Kurtuanın yerinə uzun müddətli qapıçı axtardığı üçün "Trabzonspor"un 19 yaşlı qapıçısı Onuralp Çevikkanı transfer etməyi planlaşdırır. Bu barədə İspaniya mediasında "AS" nəşri məlumat yayıb.

"Real" qolkiper üçün Qara dəniz təmsilçisinə 10 milyon avro təklif edir. "Trabzonspor" Onuralpın İspaniya nəhənginə keçidinə müsbət yanaşır.

Qeyd edək ki, Madrid klubu gənc "çərçivə qoruyucusu"nu əvvəlcə ikinci komandası olan "Real Kastilya"da dəyərləndirəcək və Çevikkan tam formaya düşdükdən sonra əsas komandaya cəlb olunacaq.