"Barselona"nın futbolçusu Rafinya "Real"ın ulduzu Vinisius Juniora irqçilik mövzusunda dəstək olub.

Offsideplus.az. xəbər verir ki, məlumatı "Marca" yayıb. Təcrübəli cinah hücumçusu bunları söyləyib:

"Vinisiusun irqçi şüarlara görə necə pis olduğunu anlayıram. O, şən oğlandır. Bu cür ifadələr onu ciddiləşdirir. Bütün bunları qınayıram".

Qeyd edək ki, Vinisius "Barselona" ilə matçda xoşagəlməz ifadələrə məruz qalıb.