"Barselona"nın qapıçısı Voyçex Şesnı özü haqda İspaniya mətbuatına maraqlı açıqlama verib.
Offsideplus.az "Munde Deportivo" istinadən xəbər verir ki, polşalı qolkiper bunları deyib:
"Mən uşaqların yanında siqaret çəkmirəm, pis nümunə göstərmirəm. Amma insanlar mənim ağacların arxasında siqaret çəkən şəklimi çəkirlər, mən isə onları heç görmürəm... Bunu gizlətməyə çalışıram, insanlara siqaret çəkdiyimi göstərmirəm".
Qeyd edək ki, Voyçex Şesnınin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.