"Barselona"da uzun müddətə sıradan çıxan Mark Andre Ter Ştegenin əvəzedicisi kimi transferi gözlənilən Voytsex Şesni açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, bu sözləri deyib:
"Barselona" klubuna böyük hörmətim var. Bu klub dünyanın ən böyük klublarından biridir. Mark Andre Ter Ştegenin zədələnməsindən sonra klubda yaranan çətin vəziyyəti başa düşürəm. Ümid edirəm ki, Mark tezliklə sağalar. O, yaxşı bir dostdur, həmçinin böyük qapıçıdır. Ona hər şeyin ən yaxşısını arzu edirəm.
Bəli, klubla danışıqlar aparırıq və transferi düşünürəm. "Barselona"dan gələn təklifi rədd etmək hörmətsizlik olardı".