"Barselona" "Beşiktaş"ın sabiq qapıçısı ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Ter-Ştegenin zədələnməsindən sonra qolkiper axtarışına çıxan Kataloniya təmsilçisi Loris Kariusu gündəminə alıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Daha öncə icarə əsasında iki mövsüm "qartallar"ın formasını geyinmiş oyunçu "Liverpul"a geri dönmüşdü. Bunun ardından "Yunion Berlin" və "Nyukasl Yunayted"in də heyətində çıxış edən "çərçivə qoruyucusu" hazırda klubsuzdur.
Qeyd edək ki, "Marca"nın verdiyi informasiyada İspaniya nəhənginin transferə namizədləri siyahısında Keylor Navas, Otro, Cordi Masip, Edqar Badia və Tomas Vaclik kimi qapıçılar da var.