"Barselona" İspaniya La Liqasında "Vilyarreal"ı 5:1 hesabla məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdə Mark Andre Ter Ştegen ağır zədə alıb və ağrılar içində meydanı xərəkdə tərk edib.
Zədəsi ciddi olan alman qolkiperin 7-9 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçunun durumu tibbi müayinədən sonra dəqiqləşəcək.