"Barselona"nın hücumçusu baş məşqçi Hans-Diter Flik haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, Pau Viktor Flikin futbolçularla sıx ünsiyyətdə olduğunu və onlardan yüksək intensivlik tələb etdiyini bildirib. "Flik futbolçuların sürətini azaltmasına icazə vermir, bu da matçlarda bəlli olur" deyə Viktor əlavə edib.

Flik yayda Xavi Hernandesi əvəz edərək "Barselona"nın baş məşqçisi olub.